logo

Çində koronavirusdan ölənlərin sayı 2873-ə çatıb

12:42 01-03-2020 | icon 2303
Çində koronavirusdan ölənlərin sayı 2873-ə çatıb

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 79 min 971 nəfər, bu virusdan ölənlər isə 2 min 873 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən sutka ərzində 573 yoluxma, 39 ölüm faktı qeydə alınıb.

İndiyədək 41 min 684 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 7 min 365 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 51 min 856 nəfər tibbi nəzarət aldtındadır.

Qeyd edək ki, Çindən başqa, 61 ölkədə 7 mindən çox yoluxma, 106 ölüm faktı qeydə alınıb.