logo

Tacikistanda parlament seçkiləri keçirilir

10:39 01-03-2020 | icon 2618
Tacikistanda parlament seçkiləri keçirilir

Martın 1-də  yerli vaxtla saat 06:00-da Tacikistanda parlamentin aşağı palatasına seçkilərdə səsvermə başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, vətəndaşların 63 deputat seçməsi üçün ölkədə 3412 seçki məntəqəsi fəaliyyət göstərir. MDB ölkələrindən olan beynəlxalq müşahidəçilərin aralıq hesabatına əsasən, 4,9 milyon vətəndaş seçici siyahısına daxil edilib.

Ölkədə səsvermə yerli vaxtla saat 20:00-a qədər davam edəcək.

Respublikadan kənarda olan Tacikistan vətəndaşları üçün 30 səfirlik və 9 konsulluqda 39 seçki məntəqəsi açılacaq.

Seçkilərin ilkin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən martın 2-si açıqlanacaq.