logo

Kiyevdə GUAM-a üzv ölkələrin milli əlaqələndiricilərinin görüşü olub

17:32 29-02-2020 | icon 2030
Kiyevdə GUAM-a üzv ölkələrin milli əlaqələndiricilərinin görüşü olub

Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 52-ci iclasında quruma üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi qərara alınıb.

YeniAvropa xəbər verir ki, iclasda GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunub.

Tədbirdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, bu il Azərbaycanın quruma sədrliyi dövründə əsasən infrastruktur, nəqliyyat, enerji layihələrinin həyata keçirilməsi istiqamətində bir sıra sənədlərə baxılacaq.

İclasda vurğulanıb ki, quruma üzv ölkələri beynəlxalq təşkilatlarda koordinasiyalı işini daha da təkmilləşdirməlidir.