logo

Azərbaycan İranla sərhədini bağladı

16:17 29-02-2020 | icon 2058
Azərbaycan İranla sərhədini bağladı

Fevralın 29-da saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bu xüsusda, iki ölkənin aidiyyəti dövlət qurumları arasında müvafiq müzakirəkər aparılıb və əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaqdır.

İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı səfirliyində və Təbrizdəki baş konsulluğunda qaynar xətlər fəaliyyət göstərir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın bu qaynar xətlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi

Ünvan: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Telefon: (+98 910) 559 56 10

(+9821) 22 55 82 99

(+9821) 22 55 42 55

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

Ünvan: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9

Telefon: (+98 902) 095 13 83

(+98413) 333 48 02/04