logo

Avtobus qatarla toqquşdu: 30 nəfər öldü

22:45 28-02-2020 | icon 2219
Avtobus qatarla toqquşdu: 30 nəfər öldü

Pakistanda sərnişin qatarı ilə avtobusunun toqquşması nəticəsində azı 30 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, qəza dəmir yolu keçidində baş verib. 

Avtobusun sürücüsü yaxınlaşan qatara əhəmiyyət verməyərək dəmir yol xəttini sürətlə keçmək istəsə də, buna nail olmayıb. 

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.