logo

Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

19:52 28-02-2020 | icon 2415
Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Martın 5-də Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, tədbirdə Azərbaycanın və Gürcüstanın iqtisadi imkanları, turizm, biznes və investisiya mühiti barədə məlumat veriləcək, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf perspektivlərinə dair təqdimatlar olacaq.

Tədbir çərçivəsində Azərbaycan İş Adamları Birliyi (AZEBİ) ilə Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında əməkdaşlıq haqqında memorandum da imzalanacaq.