"Azercell" MOK və Milli Olimpiya Komandasının məğrur tərəfdaşıdır
Fevral ayının 28-i Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “Azercell Telecom” MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalayıb.
YeniAvropa şirkətə istinadla xəbər verir ki, ölkədə olimpiya layihəsi, birbaşa idman, sağlam həyat tərzi dəyərlərinin təbliğinə və inkişafına daima dəstək olan "Azercell" 2 il ərzində, 2021-ci ilin sonunadək, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı kimi çıxış edəcək.
Memorandumlar Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, “Toyota Qafqaz” MMC-nin direktoru Rəşad Saracov və “Blue Planet Distribution” MMC-nin direktoru Səbinə Qazı-zadə tərəfindən imzalanıb.
İmzalama mərasimində çıxış edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın mötəbər idman tədbirinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin göstəricisi kimi qiymətləndirib.Dövlət və hökumət nümayəndələrinin, respublikanın idman ictimaiyyətinin tanınmış simalarının, tərəfdaşların, eləcə də media nümayəndələrinin iştirak etdiyi tədbirdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev öz növbəsində imzalanan tərəfdaşlıq memorandumunun mühümlüyünü vurğulayıb və Azərbaycanda Olimpiya hərəkatınıninkişafında şirkətin iştirakının əhəmiyyətindən danışıb. “Biz, tərəfdaş olaraq, idman, sağlam həyat tərzinin təbliğində, o cümlədən maarifləndirmə sahəsində böyük olimpiya ailəsinin üzvləri ilə bütün imkanlarımızı bölüşməyə hazırıq. Ümid edirik ki, belə bir addım nəinki Oyunlara tamaşa edən auditoriyanın genişlənməsinə, həm də minlərlə gəncin idmanla məşğul olmasına səbəb olacaq. Ölkəmizi təmsil edəcək bütün idmançılarımıza bu məsuliyyətli yolda güclü olmağı, bayrağımızı daima ucaltmağı arzulayıram.”
Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul-9 avqust 2020-ci il tarixində keçiriləcəkdir.
Xatırladaq ki, hər zaman sosial layihələrin təşəbbüskarı kimi tanınan “Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyir. Bununla da şirkət sağlamlıq imkanları məhdud uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına öz töhfəsini verir.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ