logo

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

13:10 28-02-2020 | icon 2149
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev fevralın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab pezident,

Əziz qardaşım,

Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"