logo

BMT-dən İdliblə bağlı təcili çağırış: "Dərhal atəşkəs elan edilməlidir"

11:09 28-02-2020 | icon 2436
BMT-dən İdliblə bağlı təcili çağırış: "Dərhal atəşkəs elan edilməlidir"

İdlibdə dərhal atəşkəs elan edilməlidir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin bəyanatında bildirilir.

Baş katib İdlibdə türk əsgərlərinin itkisindən dərin narahatlığını ifadə edərək, dərhal atəşkəs elan etməyə çağırıb. O bildirib ki, bölgədə gərginlik mülki şəxslər üçün riski artırır, bu da xüsusi narahatlıq doğurur.

Antonio Quterreş, həmçinin vurğulayıb ki, təcili tədbirlər görülməsə, bölgədə gərginliyin hər saatda artma riski var: “Suriyadakı böhranın hərbi həlli yoxdur. Problem BMT-nin nəzarəti altında siyasi yolla həll olunmalıdır”.

Xatırladaq ki, ən son məlumata görə,ötən gün Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki birləşmələrinin qarşı tərəfin hava hücumuna məruz qalması nəticəsində 33 türk hərbi qulluqçu şəhid olub.