logo

Türkiyənin ordu rəhbərliyi Suriya ilə sərhədə gedib

10:32 28-02-2020 | icon 2366
Türkiyənin ordu rəhbərliyi Suriya ilə sərhədə gedib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkənin ordu heyəti ilə birlikdə Suriyanın İdlib bölgəsi ilə sərhədə gedib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, prezident Rəcəb Tayyib Ərdoğan vəziyyətlə bağlı müdafiə nazirindən məlumat alıb.

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində antiterror əməliyyatı aparan türk hərbi qüvvələrinin müdafiəsini gücləndirmək üçün əlavə tədbirlərə başlayıb.

Ehtimal edilir ki, Prezident Aparatında dövlət başçısının sədrliyi ilə keçirilən Türkiyə Təhlükəsizlik Şurasının altı saatlıq iclasında da İdlibdəki vəziyyət müzakirə olunub.

Ən son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki birləşmələrinin qarşı tərəfin hava hücumuna məruz qalması nəticəsində 33 türk hərbi qulluqçu şəhid olub.