logo

Azərbaycan şahmatçıs; “Aeroflot open” festivalının qalibi olub

22:36 27-02-2020 | icon 2709
Azərbaycan şahmatçıs; “Aeroflot open” festivalının qalibi olub

Azərbaycanın gənc şahmatçısı Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalında parlaq qələbəyə imza atıb.

YeniAvropa xəbər verir ki,  festivalın güclü A turnirində 9 turdan 6,5 xal toplayan Aydın Süleymanlı festivalın qalibi olub. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə üçüncü yeri tutub. A turnirində digər şahmatçımız Vüqar Əsədli 6 xalla altıncı pillədə qərarlaşıb.

Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə 6,5 xalla dördüncü olub.