logo

Bakıda Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı müzakirə edilib

19:52 27-02-2020 | icon 2534
Bakıda Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı müzakirə edilib

Fevralın 27-də iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə görüşüb.

YeniAvropa xəbər verir ki,  görüşdə M.Cabbarov Azərbaycanın qonşu Gürcüstanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır.

İqtisadiyyat naziri qeyd edib ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri N.Turnava ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edərək ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətlərı barədə fikirlərini bölüşüb, Azərbaycanı birgə layihələrdə iştiraka dəvət edib.

Görüşdə ölkələrimizin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi, Azərbaycanın Bakı Limanı ilə Gürcüstanın Poti limanı arasında əməkdaşlığın qurulması, biznes forum və işgüzar görüşlərin təşkili və sair məsələlər müzakirə olunub.