logo

Azərbaycanda 5082 nəfər dörd ildən bir ad gününü qeyd edir

19:17 27-02-2020 | icon 2107
Azərbaycanda 5082 nəfər dörd ildən bir ad gününü qeyd edir

 Ədliyyə Nazirliyi Azərbaycanda fevralın 29-da doğulan vətəndaşlarla bağlı statistik rəqəmləri açıqlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, hazırda Azərbaycanda 29 fevral tarixində doğulan 5082 nəfər var.

Onlardan 2505 nəfəri kişi, 2577 nəfəri isə qadındır. 18 yaşına çatmayan şəxslərin sayı 1306 nəfərdir (669 kişi, 637 qadın). Gənclərin (14 yaşdan 29 yaşadək) sayı 1111 nəfərdir (569 kişi, 542 qadın), yaşı 29-dan yuxarı olan şəxslərin sayı isə 2889 nəfərdir (1388 kişi, 1501 qadın). Onlardan 2074 nəfəri 40 yaşdan, 1199 nəfəri 50 yaşdan, 670 nəfəri 60 yaşdan, 104 nəfəri 70 yaşdan, 48 nəfəri 80 yaşdan yuxarı olanlardır.