logo

Xanım vitse-prezident də koronavirusa yoluxdu

18:59 27-02-2020 | icon 2541
Xanım vitse-prezident də koronavirusa yoluxdu

İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Mənsumə Ebtikar da koronavirusa yoluxub.

YeniAvropa "İRNA" dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, özündə narahatlıq və hərarət hiss edən xanım Ebtikar həkimə müraciət edib. Ondan götürülmüş qan analizinin nəticələrinə görə, vitse-prezident koronavirusa yoluxub. Dərhal karantinə alınan xanım vitse-prezidentin müalicəsinə başlanılıb.

Yerli mətbuatın yazdığına görə, indiyədək İranda 1 nazir müavini, 2 deputat və 1 bələdiyyə sədri virusa yoluxub. İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi isə virusa yoluxaraq həyatını itirib.

Rəsmi məlumata görə, İranda 26 nəfər virus səbəbindən dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 300 nəfərə yaxındır.