logo

Koronavirusa görə Azərbaycanda heç bir yarışa məhdudiyyət yoxdur

14:31 27-02-2020 | icon 294
Koronavirusa görə Azərbaycanda heç bir yarışa məhdudiyyət yoxdur

Koronavirusla bağlı hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq.

YeniAvropa xəbər verir ki, bu fikri fevralın 27-də gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib.

Hər hansı ölkədə koronavirus təhlükəsi ilə əlaqədar federasiyalarla birlikdə qərarların qəbul olunduğunu vurğulayan nazir bildirib: “Hazırda ölkələr belə bir məhdudiyyət tətbiq edirlər. Buna misal olaraq İtaliyanı göstərmək olar. Bu gün İtaliyada bütün yarışlar ləğv olunub. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra “Tokio-2020” Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.