logo

Nur-Sultanda 18 yaşadək uşaqlar nəqliyyatdan pulsuz istifadə edəcəklər

12:57 27-02-2020 | icon 315
Nur-Sultanda 18 yaşadək uşaqlar nəqliyyatdan pulsuz istifadə edəcəklər

Qazaxıstanın paytaxtında və şəhərətrafı qəsəbələrdə 18 yaşadək uşaqlar martın 28-dən ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə “Astana LRT”nin rəhbəri Bekmirza İgenberdinov paytaxtın nəqliyyat kompleksinin inkişafı üzrə konfransda bildirib.

Qeyd edək ki, hazırda 7-15 yaşında uşaqlar nəqliyyatdan istifadə üçün 40 tenge (10 ABŞ senti) ödəyirlər, 15 yaşından yuxarı olanlar isə tam gediş haqqı ödəyirlər. Uşaqlar üçün pulsuz gediş haqqı güzəştləri qeyri-müəyyən müddətə tətbiq edilir.

Xatırladaq ki, hazırda 6 kateqoriya üzrə vətəndaşlar nəqliyyatdan pulsuz gedişdən istifadə edir. Onların arasında təqaüdçülər, Böyük Vətən Müharibəsi veteranları, 1 və 2 qrup əlillər, aztəminatlı və çoxuşaqlı ailələrdən olan uşaqlar var. 18 yaşınadək uşaqlar (çoxuşaqlı, aztəminatlı ailəyə aid olub-olmaması vacib deyil) ictimai nəqliyyatdan pulsuz istifadə edən 7-ci kateqoriya olacaq.