logo

Türkiyə vətəndaşı Bakı aeroportunda öldü

12:15 27-02-2020 | icon 2051
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölüm hadisəsi baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hava limanı ərazisində Türkiyə vətəndaşı, 61 yaşlı Hüsmen Basut naməlum səbəbdən dünyasını dəyişib.

Mərhum Türkiyənin Karabük vilayətinə aparılaraq, orada  dəfn edilib.

Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun əməkdaşları ölümün səbəblərini araşdırır.