logo

Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana səfərə gəlir

10:27 27-02-2020 | icon 1890
Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana səfərə gəlir

Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson fevralın 27-də  Bakıya səfərə gəlir.

YeniAvropa xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, səfərdə məqsəd “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak etməkdir.

“Bu, Böyük Britaniya ilə Azərbaycanın enerji sektorundakı əməkdaşlığının yüksək səviyyədə olmasını göstərir. Baronessa Nikolson, eyni zamanda, Böyük Britaniya Azərbaycanın bərpa olunan enerji sektoruna investisiya yatırmağa maraqlıdır" , - deyə məlumatda bildirilib.

Səfər çərçivəsində Baronessa Nikolson Azərbaycanın yüksək vəzifəli rəsmiləri, Britaniya biznes icması ilə görüşəcək, həmçinin Bakıda yerləşən “Birgə və Sağlam” Autizm mərkəzinə baş çəkəcəkdir.