logo

SOCAR Belarusa tankerlərlə neft göndərəcək

23:27 26-02-2020 | icon 2436
SOCAR Belarusa tankerlərlə neft göndərəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaxın vaxtlarda Belarusa bir tanker neft göndərəcək, ikinci tankerlə bağlı hələ ki danışıqlar gedir.

YeniAvropa RİA “Novosti” agentliyinə istinadla xəbər verir  ki, bu barədə şirkətin nümayəndəsi İbrahim Əhmədov məlumat verib.

Xatırladq ki, bir müddət əvvəl “Belneftkimya” konserninin mətbuat katibi Aleksandr Tişenko KİV-ə açıqlamasında  SOCAR mart ayında Belarus üçün Odessa limanına iki tanker neft göndərəcəyini bildirib.

“Hazırda biz Belarus tərəfinə neftin bir tankerinin satışı üzrə müqaviləni təsdiq edirik, saziş yaxın vaxtlarda reallaşdırılacaq. İkinci tanker üzrə hələ ki danışıqlar gedir", -deyə SOCAR rəsmisi  bildirib.

Qeyd edək ki, Belarus və Rusiya neftin nəqli şərtləri haqqında razılığa gələ bilməyiblər.