logo

Gürcüstanda ilk koronavirusa yoluxma halı qeydə alınıb

21:56 26-02-2020 | icon 2436
Gürcüstanda ilk koronavirusa yoluxma halı qeydə alınıb

Gürcüstanda ilk koronavirusa yoluxma halı qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze fevralın 26-da, axşam saatlarında keçirdiyi fövqəladə brifinqdə məlumat verib.

Nazirin sözlərinə görə, koronavirus İrandan gələn Gürcüstan vətəndaşında aşkarlanıb. İrandan Gürcüstana Azərbaycan ərazisindən keçməklə gələn həmin şəxs infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.