logo

Bakıda ağır avtoqəzada 3 nəfər öldü

19:17 26-02-2020 | icon 4872
Bakıda ağır avtoqəzada 3 nəfər öldü

Bakıda ağır yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Qəzaya səbəb “BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillərin toqquşması olub. Zərbənin təsirindən “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə “Daewoo”da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və “Fiat”da olan 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil.

Fövqəlada Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub: “Hazırda xilasetmə işləri aparılır”.