logo

Meriya mitinq  üçün yenə də Lökbatanı göstərdi

18:50 26-02-2020 | icon 2107
Meriya mitinq  üçün yenə də Lökbatanı göstərdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini vermiş Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.

 YeniAvropa xəbər verir ki, bu barədə mitinqin təşkilatçılarından olan "D18" hərəkatının rəhbəri Ruslan İzzətli məlumat verib. Onun sölərinə görə, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.

Ruslan İzzətli bildirib ki, bu təkliflə razılaşmırlar: “Mitinqin harada keçiriləcəyi ilə bağlı mitinqin təşkilatçıları ilə bu gün görüş keçirib qərar verəcəklər”.
Xatırladaq ki,fevralın 24-də İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və Fərhad Mehdiyev (deputatlığa müstəqil namizəd) fevralın 29-da saat 15.00-dan 17.00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.