logo

Bakıda atmosfer havasında tozun miqdarı normadan 2.6 dəfə çox olub

18:15 26-02-2020 | icon 2065
Bakıda atmosfer havasında tozun miqdarı normadan 2.6 dəfə çox olub

Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır. Buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir.

YeniAvropa xəbər verir ki, bu barədə Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov məlumat verib.

O qeyd edib ki, hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal edilir.