logo

Masallıda dəhşətli qətl: keçmiş kürəkən arvadını, qaynını, qaynanasını və özünü güllələdi

17:53 26-02-2020 | icon 2037
Masallıda dəhşətli qətl: keçmiş kürəkən arvadını, qaynını, qaynanasını və özünü güllələdi

Masallı rayonunun Təzəkənd kəndində qətllər törədib, sonra özünü boğazından güllələyən Sarvan Ağayev ağır vəziyyətdə Bakıya gətirilir. 

YeniAvropa xəbər verir ki, bu barədə Masallı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.Bildirilib ki, hadisəni törədən şəxsin vəziyyəti ağırdır : “Ağayev Sarvan Azayxan oğlu özünü boğazından güllələyib. Hadisə nəticəsində onun alt və üst çənəsi dağılıb, burnu amputasiya olunub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndəriləcək. Hadisə nəticəsində digər xəsarət alan - 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızının isə vəziyyəti normaldır. Onun bud nayihəsindən qəlpəli yaralar var”.

Qeyd edək ki, bu gün günorta saatlarında rayonun Təzəkənd kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək, orada mübahisə edib.

Mübahisə nəticəsində o, özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib.

Daha sonra, S.Ağayev keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib.

Hadisə nəticəsində M.Nəbiyev də hadisə yerində ölüb, Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Faktla bağlı araşdırma aparılır.