logo

İstanbulda terror aktı cəhdinin qarşısı alınıb

14:16 26-02-2020 | icon 2450
İstanbulda terror aktı cəhdinin qarşısı alınıb

İstanbulda terror aktı törətməyə cəhd edən səkkiz nəfər saxlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  saxlanılan şəxslərin PKK terror təşkilatına üzv olduqları və saxta sənədlərlə Türkiyəyə gəldikləri bildirilir. Onların aralarında qadınlar da var.

Terrorçuların saxlanılması istiqamətində aparılan əməliyyat zamanı 10 kiloqram partlayıcı maddə və silah-sursat ələ keçirilib.