logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

13:31 26-02-2020 | icon 2030
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən  ötən gün törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.