logo

Xəzər dənizində 4,6 ballıq zəlzələ baş verib

13:05 26-02-2020 | icon 2156
Xəzər dənizində 4,6 ballıq zəlzələ baş verib

Fevralın 26-da Nardaran seysmoloji stansiyasından 112 kilometr şimal-şərqdə - Xəzər dənizində maqnitudası 4.6 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 11:51:21-də qeydə alınıb.

Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.