logo

İlham Əliyev Ərdoğanın ad gününü təbrik etdi

13:14 26-02-2020 | icon 308
İlham Əliyev Ərdoğanın ad gününü təbrik etdi

Prezident İlham Əliyev fevralın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidnt  İlham Əliyev Türkiyənin dövlət başçısını ad günü münasibətilə təbrik edib, qardaş ölkənin firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə təşəkkür edib.

Dövlət başçıları dünən Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının əhəmiyyətinə toxunaraq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.