logo

İlham Əliyev sabiq prezident Ayaz Mütəllibovla görüşdü

12:52 26-02-2020 | icon 2254
İlham Əliyev sabiq prezident Ayaz Mütəllibovla görüşdü

Prezident İlham Əliyev  fevralın 26-da Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib.

YeniAvropa xəbər verir ki, "Ana harayı" abidəsini ziyarət edən dövlət və hökumət nümayəndələri arasında həmin vaxt (1992-ci ildə) Azərbaycana rəhbərlik edən və ilk prezident Ayaz Mütəllibov da olub.

Ziyarət əsnasında ölkə başçısı və xanımı Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla da görüşüb.

Xatırladaq ki, məhz Xocalı faciəsindən sonra ölkə ictimaiyyətinini tələbi ilə Ayaz Mütəllibov bir neçə gün sonra vəzifəsindən istefa verib.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevlə keçmiş prezident Ayaz Mütəllibov arasında ilk görüşdür.