logo

Sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib

12:33 26-02-2020 | icon 2086
Sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib. 

YeniAvropa xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkədə məlumat verib. 

Qeyd edək ki, ötən ayın 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Həmidov fevralın 5-də "Bakı City Hospital"a aparılmışdı.

 Xatırladaq ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. O, 1992-93-cü ildə Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışıb.