logo

Azərbaycan Türkiyə ilə birgə silah istehsal etmək niyyətindədir

22:56 25-02-2020 | icon 3150
Azərbaycan Türkiyə ilə birgə silah istehsal etmək niyyətindədir

Azərbaycan Türkiyə ilə birgə silah istehsalını müzakirə edir. 

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışında deyib.

Prezident bildirib ki, bu gün Türkiyə lideri ilə görüş zamanı müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparılıb.

"Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.