logo

Xalq artisti Rauf Babayevin müalicəsi də nəzarətə götürüldü

22:15 25-02-2020 | icon 2142
Xalq artisti Rauf Babayevin müalicəsi də nəzarətə götürüldü

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən xalq artisti, məşhur “Qaya” qrupunun üzvü, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

 YeniAvropa xəbər verir ki, 83 yaşlı Rauf Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib.

Bu gün prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kardiologiya İnstitutuna gələrək R.Babayevi ziyarət edib. A.Ələkbərov xalq artistinin səhhəti ilə maraqlanıb. Daha sonra Rauf Babayev xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.

Bü gündən xalq artistinin müalicəsi Heydər Əliyev Fondunun nəzarəti altında Mərkəzi Klinikada davam etdiriləcək.