logo

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana gəlir

19:52 25-02-2020 | icon 1981
Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana gəlir

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava fevralın 27-də Azərbaycana səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, səfərdə əsas məqsəd Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak etməkdir.

Nazir Natia Turnavanı Bakıya səfərində böyük nümayəndə heyəti müşayiət edəcək.

Səfər çərçivəsində gürcüstanlı nazir Azərbaycanda bir sıra görüşlər keçirəcək.Görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə ediləcək.