logo

3 Seçki Dairəsinin məntəqələrdə səsvermənin nəticələri ləğv edilib

18:30 25-02-2020 | icon 315
3 Seçki Dairəsinin məntəqələrdə səsvermənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının fevralın 25-də keçirilən iclasında 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi qeyd alınmış Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

YeniAvropa xəbər verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q.Orucov bildirib ki, araşdırma nəticəsində 34 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. “Təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın", -deyə MSK üzvü bildirib. Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb. MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif olunub ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab olunsun. Təklif səsə qoyularaq qəbul edilib.

Daha sonra iclasda 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədlər Nurlana Cəlil və Fariz Həsənlinin müraciətinə baxılıb. MSK üzvü Bəxşeyş Əsgərov bildirib ki, müraciətlər eyni məzmunda olduğundan bir icraatda birləşdirilib. Araşdırma nəticəsində 2 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanıb. Müzakirələrdən sonra bu dairə üzrə 24 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.