logo

Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metrə çatıb

17:41 25-02-2020 | icon 2030
Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin fevralın 25-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Departamentdən YeniAvropa-ya  bildiriblər ki, külək Naftalan, Gəncədə arabir 30-35, Tərtərdə 32, Bərdədə 30, Neftçala, Ağdamda 28, Yevlax, Daşkəsəndə 25, Göyçayda 24, Ağstafa, Tovuzda 22, Nabran, Beyləqan, Yevlaxda 20, Mingəçevirdə 19, Bakıda 30, Maştağada 25, Sumqayıtda 24, Neft Daşları, Pirallahıda 23, Çilov adasında 21 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3,8 metrə çatıb.