logo

Tehran-İstanbul aviareysinin bütün şəxslər karantinə alındı

15:31 25-02-2020 | icon 2429
Tehran-İstanbul aviareysinin bütün şəxslər karantinə alındı

Fevralın 25-də "Türk Hava Yolları"na məxsus Ankarada məcburi eniş edən Tehran-İstanbul reysinin sərnişinləri və ekipaj üzvləri koronavirus şübhəsi əsasında karantinə alınıblar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Bildirilir ki, İrandan ölkəyə dönən bütün Türkiyə vətəndaşlarının 14 günlük karantin həyatı təmin ediləcək.

Qeyd edək ki, İrandan gələn təyyarənin göyərtəsind 132 sərnişin və ekipaj üzvləri var. Sərnişinlərdən 17-də yüksək istilik müəyyən olunub.