logo

Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib

15:09 25-02-2020 | icon 2338
Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib

Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirədə 91 yaşında vəfat edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki bu barədə Misir Dövlət televiziyası məlumat yayıb. Qeyd olunub ki,  sabiq prezident bir ay əvvəl mədə-bağırsaq əməliyyatından sonra paytaxt klinikalarının birində reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, Hüsnü Mübarək Misirə 1981-ci ildən 2011-ci ilədək rəhbərlik edib. 2011-ci il fevralın 3-də hökumət əleyhinə kütləvi çıxışlar fonunda istefa verib. Ona qarşı bir neçə cinayət işi, o cümlədən korrupsiya və nümayişçilərin öldürülməsi ittihamı ilə cinayət işləri açılsa da, məhkəmə sabiq prezidentə bəraət qazandırıb.