logo

Bakıda özlərini dənizə atan sevgililərin video-görüntü yayıldı

14:34 25-02-2020 | icon 2240
Bakıda özlərini dənizə atan sevgililərin video-görüntü yayıldı

Bu gün səhər saatlarında dənizkənarı bulvarında baş verən intihar hadisəsi ilə bağlı görüntülər yayılıb.

YeniAvropa xəbər verir ki, görüntülərdə sudan çıxarılan oğlan ölən sevgilisi üçün ağlayır, sağ qalmaq istəmədiyini deyir.

Xatırladaq ki, fevralın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi və FHN əməkdaşlarının iştirakı ilə Səbail Rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri tədbirlər yerinə yetirilib. Araşdırmalar zamanı məlum olub ki, Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özlərini dənizə atıblar.

Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas edə bilsələr də, gənc qız boğularaq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.