logo

Novruz bayramı ərəfəsində əfv olacaqmı?

12:11 25-02-2020 | icon 2170
Novruz bayramı ərəfəsində əfv olacaqmı?

“Əvvəlki illərin təcrübəsinə əsasən Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamları verilirdi. Lakin bu il üçün Əfv Məsələləri üzrə Komissiyanın iclasları keçirilməyib”.

 YeniAvropa xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu il böyük siyasi kampaniya və növbədənkənar parlament seçkiləri keçirildiyi üçün ölkədə bütün diqqət bu proseslərə fokslanıb.

“Parlament seçkilərində namizədliyini verən şəxslərin bəziləri komissiyanın üzvləridir. Dövlət qurumlarında da dəyişikliklər oldu. Bütün bunlar texniki dəyişiklikləri zəruri edir. İstisna etmirəm ki, bu il ərzində əfv sərəncamı olacaq. Amma əfvin nə zaman olacağını Prezident müəyyənləşdirir. Bütün hallarda Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru fasiləsiz işləyir. Onlar daxil olan müraciətləri emal edirlər, müvafiq rəylər alırlar. Bu proses fasiləsiz gedir. Komissiyanın iclasları keçiriləndə, mətbuata məlumat veriləcək”.

xatırladaq ki, bu il Azərbaycanda Novruz bayramı ərəfəsində əfv sərəncamının  imzalanacağı gözlənilir.