logo

Bakıda Qanlı 20 Yanvar cinayətinin müəlliflərindən biri-Dmitri Yazov öldü

11:12 25-02-2020 | icon 1953
Bakıda Qanlı 20 Yanvar cinayətinin müəlliflərindən biri-Dmitri Yazov öldü

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş cinayətlərə birbaşa rəhbərlik etmiş keçmiş SSRİ-nin müdafiə naziri, marşal Dmitri Yazov ölüb

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi  məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, marşal uzun sürən xəstəlikdən sonra fevralın 25-də Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Dmitri Yazov 1924-cü il noyabrın 8-də anadan olub. 1987-1991-ci illərdə keçmiş SSRİ-nin müdafiə naziri olub. 1990-cı ildə Sovet İttifaqı Marşalı hərbi rütbəsinə layiq görülüb.