logo

Ərdoğan Azərbaycana səfərə gəlir

19:31 24-02-2020 | icon 2184
Ərdoğan Azərbaycana səfərə gəlir

Fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, səfərdə əsas məqsəd Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etməkdir.

Ölkə prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, eləcə də, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Xəbərdə bildirilib ki, iclasda həmçinin, iki ölkə arasında əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı planlaşdırılır.