logo

Bəxtiyar Hacıyevin dairəsində 7-ci məntəqə də ləğv edildi

18:22 24-02-2020 | icon 2779
Bəxtiyar Hacıyevin dairəsində 7-ci məntəqə də ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizədlər Nəcəfov Sultan Sabir oğlu və Rəhimov Elçin Akif oğlunun müraciətlərinə baxılıb. 

YeniAvropa xəbər verir ki, müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, şikayətçilər pozuntuların olduğunu əsas gətirərək müraciətdə həmin dairənin nəticələrinin ləğv edilməsini tələb ediblər: “Araşdırma nəticəsində müəyyən olunub ki, 23 saylı məntəqədə pozuntular aşkarlanıb. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab edilməli və şikayət qismən təmin olunmalıdır".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK 18 fevral tarixli iclasında deputatlıa namizəd Bəxtiyar Hacıyevin şikayəti əsasında 29 saylı Səbail Seçki Dairəsinin 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyünü və seçki qanunvericiliyinin tələblərinə zidd olan digər halları nəzərə alaraq, sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrini ləğv edib. Bununla da həmin dairə üzrə nəticələri ləğv edilən məntəqələrin sayı 7-yə çatıb.

Xatırladaq ki, 29 saylı Səbail seçki dairəsinin lider namizədi Nigar Arpadaraidir.