logo

İlham Əliyev Artur Rasizadəni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

16:05 24-02-2020 | icon 2184
İlham Əliyev Artur Rasizadəni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident İlham Əliyev fevralın 24-də Artur Rasizadənin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, sabiq baş nazir Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib.Əslən Naxçıvan Muxtar Respublikasındandır.

26 noyabr 1996 - 4 avqust 2003 və  4 noyabr 2003 — 21 aprel 2018-il tarixlərində Azərbaycanın baş naziri olub.