logo

Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinin sədri seçilib

15:49 24-02-2020 | icon 2121
Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinin sədri seçilib

Fevralın 24-də VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

 YeniAvropa xəbər verir ki, sessiyada təşkilati məsələlərə baxılıb.

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Ali Məclis sədrinin müavinlərinin, Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib.

Müzakirələrdən sonra Vasif Talıbov yenidən Naxçıvan Ali Məclisinin sədri seçilib.