logo

Karateçilərimiz Slovakiya Qran-Prisində üç medal qazanıblar

14:50 24-02-2020 | icon 2968
Karateçilərimiz Slovakiya Qran-Prisində üç medal qazanıblar

Azərbaycan karateçiləri Slovakiyanın paytaxt Bratislavada keçirilən Qran-Pridə uğurla çıxış ediblər.

YeniAvropa xəbər verir ki, turnirdə 16-17 yaşlı idmançıların yarışında Hüseyn Məmmədli (61 kq) və Fərid Ağayev (76 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Abbas Dadaşov (68 kq) isə yarışı ikinci pillədə başa vurub.

Millimiz yarışda “Təhsil” Respublika İdman Mərkəzinin karate üzrə baş məşqçisi Əbülfət Qarayev və məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında mübarizə aparıb.

Beynəlxalq turnirdə 32 ölkədən 2118 idmançı iştirak edib.