logo

Türkiyə İranla aviareysləri dayandırıb

13:32 24-02-2020 | icon 2583
Türkiyə İranla aviareysləri dayandırıb

Türkiyə koronavirus təhlükəsi səbəbindən İranla gömrük-keçid məntəqələrində keçidləri birtərəfli qaydada bağlamasından sonra qonşu ölkə ilə aviareyslərə də məhdudiyyət qoyub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İrandan gələn sonuncu sərnişin təyyarələri ciddi yoxlanılıb.

Qeyd edək ki, Türkiyə ilə İran arasında Ağrıda Gürbulak, Vanda Kapıköy və Hakkaridə Esendere gömrük-keçid məntəqələri mövcuddur.

Bildirilir ki, Türkiyədən İran istiqamətinə keçən avtomobillər nəzarət altında hərəkət edirlər. Hazırda gömrük-keçid məntəqələrində, əksəriyyəti ağır tonnajlı yük maşınları olan uzun növbə var.