logo

Gələn il daha 2 yataqda  qızılın hasilatı aparılacaq

13:10 24-02-2020 | icon 2212
Gələn il daha 2 yataqda  qızılın hasilatı aparılacaq

2021-ci ildə "Çovdar" yatağının cinahları, yəni "AzerGold" QSC-nin geoloqları tərəfindən kəşf edilən "Ağyoxuş" və "Mərəh" sahələrinin istismara verilməsi planlaşdırılır.

 YeniAvropa xəbər verir ki, bu barədə, bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 24-də  keçirilən  və ötən ilin yekunları , cari ildə  görüləcək işlərə həsr olunan mətbuat konfransında məlumat verib. 

O, bildirib ki, "Ağyoxuş" yatağının resurs potensialı 40 min unsiya qızıl hesablanıb. Hazırda yatağın açıq üsulla istismarı layihəsi çərçivəsində mədən dizaynı hazırlanır. "Mərəh" sahəsinin isə ilkin kəşfiyyat işləri müsbət nəticələnib və ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. Növbəti mərhələdə ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üzrə işlər davam etdiriləcək.