logo

VIII Qlobal Bakı Forumu keçiriləcək

11:57 24-02-2020 | icon 2254
VIII Qlobal Bakı Forumu keçiriləcək

Martın 12-dən 14-dək Bakıda VIII Qlobal Bakı Forumu keçiriləcəkdir. 

YeniAvropa xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb. Bildirilib ki, builki forum “2020-2030: Yeni onilliyin çağırışı və imkanları” mövzusunda olacaq.

Qeyd edək ki, VII Qlobal Bakı Forumu ötən il martın 14-dən 16-dək keçirilib. Forumun rəsmi açılış mərasimində prezident İlham Əliyev çıxış edib.

Xatırladaq ki, VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilib.