logo

Ötən gün Çində 150 nəfər koronavirusdan ölüb

10:15 24-02-2020 | icon 2618
Ötən gün Çində 150 nəfər koronavirusdan ölüb

Çində ötən sutka ərzində daha 409 nəfərin koronavirusun yeni növünə (COVID-19) yoluxduğu, 150 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. Beləliklə, indiyədək virusa yoluxanların sayı 77 min 262, ölənlərin sayı isə 2595 nəfərə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilib ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 3434 nəfər, sağalıb xəstəxananı tərk edənlərin sayı isə 24 min 803 nəfərdir.

Ötən sutka ərzində baş verən ölüm hallarının 149-u virusun episentri olan Xubey vilayətində, digəri Xaynan adasında qeydə alınıb. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 635 min nəfəri müəyyən edib, onlardan 97 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika, Misir, İran, Livan, İraq, İsraildə 2100-dən çox yoluxma, 23 ölüm faktı qeydə alınıb.