logo

Bakıda 16 mərtəbəli bina yanır

10:52 24-02-2020 | icon 4116
Bakıda 16 mərtəbəli bina yanır

Bakıda 16 mərtəbəli yaşayış binanda yanğın başlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib. Qeyd edilib ki,Nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub. 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.